“Duysburq” “Neftçi” klubuna futbolçu verdiyini təsdiqlədi
29.01.2009 - 14:09
“Duysburq” “Neftçi” klubuna futbolçu verdiyini təsdiqlədi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubu daha bir futbolçu ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Duysburq” klubunun hücumçusu Valentin Atem karyerasını ölkəmizdə davam etdirəcək. Almaniya mətbuatı “Neftçi”nin kamerunlu futbolçu ilə müqaviləni mümkün qədər tez rəsmiləşdirmək niyyətində olduğunu iddia edir. Hətta “Duysburq”un idman direktoru Bruno Hübner də 29 yaşlı futbolçunun transferinin razılaşdırıldığını təsdiqləyib.
Qeyd edək ki, Almaniya da “Vehen” və “Ayntraxt” (Braunşveyq) klublarının da şərəfini qoruyan Atem yarım il əvvəl “Duysburq”a keçmişdi.
0