“Petrjelanın məşqləri əzabverici idi”
29.01.2009 - 14:10
“Petrjelanın məşqləri əzabverici idi”
“Məşqçilərimiz arasında mövsüm öncəsi ən ağır hazırlıq Vlastimil Petrjelanın dövründə idi. Gündə dörd dəfə məşqi əzabverici idi”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının yarımmüdafiəçisi Vladimir Bısrtov deyib.

Hazırda şərəfini qoruduğu Moskva “Spartak”ına qədər Sankt-Peterburqun “Zenit” klubunda çıxış edən 25 yaşlı futbolçu Vlastimil Petrjelanın rəhbərliyi altında oynayıb. Bıstrov “Neftçi”ni də çalışdırmış çexiyalı mütəxəssisin məşqlərini dözülməz sayır: “Yadımdadır, Petrjela yorucu kross verməmişdən öncə bizi xəbərdarlıq edirdi – bilirəm, indi siz mənə nifrət edəcəksiniz, hətta anamı də söyə bilərsiniz. Belə ağır məşqlərə dözməkdən başqa nə çarəmiz qalırdı? Mənə bir gənc futbolçu kimi, əsas heyətdə yer almağa layiq olduğumuz sübut etmək lazım idi. Petrjelanın məşqlərindən sonra hər yerimiz ağrıyırdı. Ancaq mən buna fikir vermirdim. İndi məşqçilər ağır yükləmələrə peşəkarcasına yanaşır”.
0