“Karvan” Xristo Stoiçkovun komandasını məğlub etdi
29.01.2009 - 16:34
“Karvan” Xristo Stoiçkovun komandasını məğlub etdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Yevlaxın “Karvan” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Yunis Hüseynovun yetirmələri Bolqarıstanın “Çavdar” (Etropoli) klubunu sınağa çəkib. Yevlaxlılar bu görüşdə 2:0 hesabı ilə qalib gəlib. “Karvan”ın hər iki qoluna gürcüstanlı hücumçu Mixail Mesxi imza atıb.
Qeyd edək ki, bolqar futbolunun əfsanəsi Xristo Stoiçkov da aşağı dəstə təmsilçisinin rəhbərliyində təmsil olunur.
0