“Əbdürrəhmanov səhlənkarlıq etdiyi üçün ondan izahat istəyəcəyik”
29.01.2009 - 16:38
“Əbdürrəhmanov səhlənkarlıq etdiyi üçün ondan izahat istəyəcəyik”
Salyanın “Muğan” klubu cari mövsümdən şərəfini qoruduğu İlqar Əhdürəhmanovun məsələsinə komanda daxili iclasda baxacaq. Klubun icraçı-direktoru Füzuli Əliyev apasport.az saytına açıqlamasında bildirib ki, 30 yaşlı müdafiəçinin tez-tez düşərgəni tərk etməsindən narazıdırlar.

Əliyev Rusiyadan yeni qayıdan Əbdürəhmanovla söhbətləşmək fikrində olduqlarını söyləyib: “Biz İlqara əsas heyət oyunçusu kimi baxırıq, onu vitse-kapitan təyin etmişik. Premyer Liqada yerimizi qorumaq vəzifəsini yerinə yetirmək baxımından Əbdürəhmanov daxil olmaqla, təcrübəli futbolçulara daha çox ümidlər bəsləyirik. Ancaq İlqar məşqlərə səhlənkarlıqla yanaşır, qış fasiləsində artıq üç dəfə sıralarımızı tərk edib. Onun məsələsinə baxmaq klubdaxili işimizdir və futbolçudan izahat istəyəcəyik. Bəlkə həqiqətən yubanmasının üzrlü səbəbi var. Əbdürəhmanovun günahı olmasa, onu bağışlayacağıq”.

Əliyev baxışa gələn estoniyalı hücumçu Nikolay Losanovun taleyinə həftəsonuna kimi aydınlıq gələcəyini söyləyib: “Bu futbolçu az öncə “Qəbələ”yə baxışa gəlmişdi. İndi Losanovu biz sınayırıq. Həftəsonu MOİK-lə yoxlama oyunumuz var. Estoniyalı haqda həmin görüşdən sonra qərar verəcəyik”.
0