Nihat: Mənim “Spartak”da nə işim var?
29.01.2009 - 17:49
Nihat: Mənim “Spartak”da nə işim var?
“Moskvanın “Spartak” klubundan heç bir təklif almamışam. Hətta alsaydım belə, heç yerə getmərəm”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə milli komandasının hücumçusu Nihat Kahveçi deyib.

İspaniyanın “Vilyareal” klubunda çıxış edən 30 yaşlı futbolçu yerli mətbuatının haqqında yazdıqlarını təkzib edib. Belə ki, ispan həmkarlarımız Moskva “Spartak”ının Nihatı hətta zədəli olmasına baxmayaraq, heyətində görmək istədiyini yazıb: “Belə şayiələri oxuyanda çox təəccübləndim. Onu deyə bilərəm ki, mənə hər hansı təklif gəlməyib. Valeri Karpin köhnə dostumdur. Həqiqətən də onunla görüşmüşəm. Ancaq bir yerdə olduğumuz zamanı “Spartak”a keçidimlə bağlı məsələni qaldırmamışıq. İndi məni yalnız bir şey maraqlandırır ki, bu da tezliklə meydana çıxmaqdır”.

Qeyd edək ki, Karpinlə Kahveçi İspaniyada “Real Sosyedad” klubunda uzun müddət bir yerdə oynayıb. Rus futbolçu karyerasını bitirdikdən sonra “Spartak”a qayıdaraq, klubun rəhbərliyində yer alıb.
0