Azərbaycan - Özbəkistan matçını ərəb hakimlər idarə edəcək
29.01.2009 - 18:38
Azərbaycan - Özbəkistan matçını ərəb hakimlər idarə edəcək
Fevralın 1-də Azərbaycan və Özbəkistan futbol yığmaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq görüşünü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimləri idarə edəcəklər. Bu barədə apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Məmmədov bildirib ki, artıq bununla bağlı BƏƏ Futbol Assosiasiyasına müraciət olunub: “Çox güman ki, yerli futbol qurumu qarşıdakı matç üçün hakimlər briqadası ayıracaq. Onların adları sabah açıqlanacaq”.

Qeyd edək ki, milli komandamızın özbəklərlə oyunu BƏƏ-nin Dubay şəhərində gerçəkləşəcək.
0