“Qəbələ” ilk qələbəsini Polşa klubu üzərində qazanıb
30.01.2009 - 10:40
“Qəbələ” ilk qələbəsini Polşa klubu üzərində qazanıb
“Qəbələ” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Ramiz Məmmədovun çalışdırdığı komanda “Arka”nı (Polşa) məğlub edib – 2:1. Qəbələlilərin heyətində Anatoli Tebloyev və Kənan Kərimov fərqlənib.

Xatırladaq ki, “Qəbələ” ilk yoxlama oyununda Qazaxıstan təmsilçisi “Taraz”a uduzub (0:1), ardından Rusiya Premyer-Liqa təmsilçisi, UEFA kubokuna çıxan “Amkar”la heç-heçə edib. Qəbələlilər sonuncu yoxlama oyununu sabah keçirəcək.
0