Ekzotik “Qəbələ” xaos yaratdı
30.01.2009 - 12:51
Ekzotik “Qəbələ” xaos yaratdı
“Azərbaycan çempionatının onuncu pilləsində qərarlaşan ekzotik rəqibimiz həddən artıq güclü imiş. Hərçənd, ilk baxışdan “Qəbələ” ciddi rəqib təsiri bağışlamırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Arka” klubunun rəsmisi Pavel Bednarjik deyib.

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan yoxlama oyununda “Qəbələ” klubuna məğlub olan (1:2) Qdınya təmsilçisinin nümayəndəsi Polşa mətbuatına bu nəticənin səbəbini izah edib: “Qəbələ”nin göstərdiyi oyun komandamızda xaosun yaranmasına səbəb oldu. Bunun nəticəsi olaraq, futbolçularımız qalib gəlməli oyunda faydalı nə isə edə bilmədi. Baş məşqçimiz Çeslav Miçnievskinin oyunda dönüş yaratmaq üçün əl atdığı dəyişikliklər də heç bir xeyir vermədi”.

Qeyd edək ki, Polşa çempionatının güclülər dəstəsində 17 oyuna 23 xal toplayan “Arka” 16 komanda arasında 7-ci pillədə qərarlaşıb.
0