Azərbaycan çempionu “Amkar”la görüşdən imtina etdi
30.01.2009 - 13:05
Azərbaycan çempionu “Amkar”la görüşdən imtina etdi
Antalyada hazırlığını davam etdirən Bakının “İnter” klubunun hazırlıq planında dəyişiklik edilib. Bu haqda apasport.az saytına məlumat verən komandanın baş məşqçisi Valentin Xodukinin sözlərinə görə, fevralın 6-da nəzərdə tutulan yoxlama oyunu baş tutmayacaq. Azərbaycan çempionu həmin tarixdə sınaq matçı keçirmək təklif edən komandalara müsbət cavab verməyib: “Rumıniyanın yüksək liqasında çıxış edən “Qloriya” fevralın 6-da bizimlə oynamaq istəyirdi. Bundan sonra Rusiyanın Premyer Liqa təmsilçisi də “Amkar” da bizə eyni təkliflə müraciət etdi. Ancaq bu komandaya da “yox” dedik. Həmin tarixdə, ümumiyyətlə, yoxlama görüşü keçirmək istəmədik. Son vaxtlar sıx qrafikdə çalışmış, “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirini də nəzərə alsaq, çoxlu oyun keçirmişik. Bizə bir qədər istirahət lazımdır. Fevralın 2-də Rusiyanın birinci divizion təmsilçisi “Sibir” klubu yoxlama oyunundan sonra bir həftə yalnız hazırlığa diqqət yetirəcəyik”.
0