İkiqat Azərbaycan çempionu “Ximki”də baxışda
02.02.2009 - 12:14
İkiqat Azərbaycan çempionu “Ximki”də baxışda
İkiqat Azərbaycan çempionu Valeri Abramidze yenidən Rusiya Premyer Liqasında çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Xəzər-Lənkəran”ın heyətində qızıl medal qazanan 29 yaşlı gürcüstanlı müdafiəçi “Ximki”yə baxışa yollanıb. Abramidzenin vaxtilə “Ximki”də çıxış etdiyini nəzərə alsaq, o, keçmiş komandasına qayıdıb. Fərq ondadır ki, Valeri həmin vaxt bu klubla Rusiya çempionatının birinci divizionunda çıxış edib.
“Ximki”nin hazırlıq keçdiyi Türkiyənin Antalya şəhərinə yollanan müdafiəçi ilk məşqə də çıxıb. Rusiyanın Premyer-Liqasında Moskva “Spartak”ında çıxışı ilə tanınan Abramidzenin son klubu “Anji” olub.

Qeyd edək ki, ölkəmizdə 2005-2007-ci illərdə çıxış edən Abramidze “Neftçi” ilə əvvəl çempionluq, növbəti mövsüm bürünc medal qazanıb. Valeri 2007-ci ildə “Xəzər-Lənkəran”ın heyətində isə “qızıl dubl” edib.
0