Rəşad Sadıqov “Kocaelispor”da üçüncü oldu
02.02.2009 - 12:26
Rəşad Sadıqov “Kocaelispor”da üçüncü oldu
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun şərəfini qoruduğu “Kocaelispor” klubunun Superliqada keçirdiyi növbəti oyundan sonra komandanın ən yaxşıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisinin “Gənclərbirliyi”nə 0:2 hesabı ilə uduzduğu matçda komandanın ən yaxşısı Murat Hacıoğlu olub.

Bir müddət əvvəl “Neftçi”nin maraq dairəsində olan hücumçu matçın oyunçusu seçilib. Sorğuda 426 səs toplayan Murat öz komandasında ikinci olan Taner Güllərini xeyli qabaqlayıb – 126. Bu oyunda dodağı partlayan Rəşad isə 84 səslə “Kocaelispor”un üçüncüsü olub.

90 dəqiqə meydanda olan Sadıqovun oyunu Türkiyə mətbuatının da diqqətindən yayınmayıb: “Yaşıl-qaralar” əlindən gələni etsə də, qələbə qazana bilmədi. Lakin heyətdə öz oyunu ilə alqış qazanan bir futbolçu var idi. Bu da komandanın yeni transferi Rəşad Sadıqov idi. O, dodağında tikişlə belə müdafiənin ən çalışqan oyunçusu idi”.

Qeyd edək ki, “Gənclərbirliyi”nə 0:2 hesabı ilə uduzan “Kocaelispor” 12 xalla Superliqada 17-ci pillədə qərarlaşıb.
0