“Qəbələ” qalmaqallı hücumçunu komandada saxladı
02.02.2009 - 14:24
“Qəbələ” qalmaqallı hücumçunu komandada saxladı
“Qəbələ” klubunun rəhbərliyi dövrələrarası fasilədə transferə çıxardığı iranlı futbolçu Fərzad Hatəmini komandada saxlayıb. Apasport.az saytının məlumatına görə, bu qərarı baş məşqçi Ramiz Məmmədov çıxarıb.

Fərzad Antalyada təlim-məşq toplanışı sona çatdıran qəbələlilərlə birgə bu gecə Bakıya dönəcək. O, ikinci dövrədə də “Qəbələ”nin şərəfini qoruyacaq. Əslən azərbaycanlı hücumçu təxminən 2 ay komandadan uzaq qalmasına baxmayaraq, onunla yenidən müqavilə bağlanılmasına və ya sifariş olunmasına ehtiyac yoxdur.

Qeyd edək ki, Hatəmi “Qəbələ”nin düşərgəsində ötən həftə peyda olub. Ramiz Məmmədov gənc futbolçuya Antalyadakı təlim-məşq toplanışı çərçivəsində “Arka” (Polşa) və “Arsenal”la (Ukrayna) yoxlama matçlarında şans verib. Qalmaqallı hücumçu kimi tanınan Fərzad bir müddət öncə Berti Foqtsun Azərbaycan milli komandasına dəvətini qəbul etmədiyi üçün də diqqəti çəkmişdi.
0