“Xəzər-Lənkəran” iki futbolçunu transferə çıxardı
02.02.2009 - 14:50
“Xəzər-Lənkəran” iki futbolçunu transferə çıxardı
“Xəzər-Lənkəran” iki futbolçunu transferə çıxarıb. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi müdafiəçi Füzuli Məmmədov və yarımmüdafiəçi Alim Qurbanovla vidalaşmağa üstünlük verib.

1977-ci il təvəllüdlü hər iki futbolçu “Xəzər-Lənkəran” yaranan vaxtdan – 2004-cü ildən klubunun sıralarında olub. Baş məşqçi İqor Ponomaryov Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq prosesindən sonra bu futbolçularla vidalaşmağa qərar verib.

Qeyd edək ki, Ponomaryovun baxışa çağırdığı Əlcəzair əslilli İsveç vətəndaşı Nadir Bençena komandada qalacaq. Yarımmüdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacaq.
0