“Neftçi” belaruslu futbolçunu qaytarıb, braziliyalını baxışa çağırdı
02.02.2009 - 15:15
“Neftçi” belaruslu futbolçunu qaytarıb, braziliyalını baxışa çağırdı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Bakının “Neftçi” klubu baxışa daha bir legioner dəvət edib. Apasport.az saytının məlumatına görə, dövrələrarası fasilədə beş futbolçunu heyətinə qatan paytaxt təmsilçisi braziliyalı Otasinyo da Silvanı da sınaqdan keçirəcək. 25 yaşlı futbolçu son illər vətənində, ikinci dəstənin autsayderlərindən olan “Qama” klubunda çıxış edib. Baxışa braziliyalı futbolçu çağıran “Neftçi” bir neçə gündür sınadığı belaruslu Oleq Straxanoviçi geri qaytarıb. Belə ki, “MTZ-RİPO”nun yarımmüdafiəçisi bakılılara lazım olmayıb. “Neftçi” növbəti yoldaşlıq görüşünü fevralın 4-də Qazaxıstanın gümüş mükafatçısı “Tobol” ilə keçirəcək.
0