“Milan”ın məşqçiləri Bakıya gəlirlər
02.02.2009 - 15:45
“Milan”ın məşqçiləri Bakıya gəlirlər
Bu ilin martında İtaliyanın “Milan” klubunun məşqçiləri Bakıya təşrif buyuracaqlar. Apasport.az saytının məlumatına görə, səfərdə əsas məqsəd paytaxtın “İnter” Peşəkar İdman Klubunun əməkdaşlarına və məşqçi heyətinə seminar keçməkdir. İtaliyalı qonaqlar “Şəfa” İdman və Sağlamlıq Kompleksində "Futbol klublarında müasir menecment" mövzusunda dərs deyəcəklər.

"İnter"in rəsmi İnternet saytının məlumatına əsasən, “Milan”ın mütəxəssisləri səfər çərçivəsində "Şəfa"nın infrastrukturu ilə də tanış olacaqlar. Onlar stadionun bu ilin sentyabrında keçiriləcək "Milan Junior Camp" layihəsinə hazır olub-olmadığını öyrənəcəklər. Həmçinin, əcnəbi məşqçilərin Zaqatala Olimpiya Kompleksinə baş çəkmələri nəzərdə tutulub.
0