Azərbaycan – “Slaviya” görüşü saat neçədə başlayacaq?
02.02.2009 - 16:50
Azərbaycan – “Slaviya” görüşü saat neçədə başlayacaq?
Azərbaycan yığmasının hazırlıq keçdiyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Çexiyanın “Slaviya” klubu ilə yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, milli komandamız bu ölkənin çempionu ilə nəzərdə tutulduğu kimi fevralın 7-də görüşəcək. Praqa təmsilçisi ilə oyunun başlanma saatı də artıq müəyyənləşib. Belə ki, yığmamız Özbəkistan millisi ilə olduğu kimi Bakı vaxtı ilə saat 17:00-da görüşəcək.
Qeyd edək ki, Dubayda ilk yoldaşlıq görüşündə özbəklərlə 1:1 hesablı heç-heçə edən millimiz fevralın 11-də Küveyt yığmasının qonağı olacaq.
0