Berti Foqts yığmanın futbolçularına təsəlli verdi
02.02.2009 - 17:17
Berti Foqts yığmanın futbolçularına təsəlli verdi
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Özbəkistana qarşı keçirilmiş oyunda forma geyinməyən futbolçulara təsəlli verib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis növbəti yoldaşlıq görüşlərində yığmanın düşərgəsində yer alan digər oyunçuların da mübarizə aparacağını bildirib.

“Heyətdəki digər qapıçılara - Fərhad Vəliyevlə Rauf Mehdiyevə də şans verəcəyəm. Eyni zamanda, başqa futbolçuların da oyun tərzini bir daha nəzərdən keçirmək istərdim. Çünki bunun üçün yaxşı şərait var” - deyə Foqts vurğulayıb.

Qeyd edək ki, Özbəkistanla matçda Dubaya aparılmış futbolçulardan Kamran Ağayev, Rail Məlikov, Saşa Yunusoğlu, Vaqif Cavadov, Luis Fabio Ramim, Aleksandr Çertoqanov, Cavid Hüseynov, Samir Abbasov, Zeynal Zeynalov, Elmar Baxşıyev, Leandro Qomeş, Vüqar Nadirov, Elvin Məmmədov, Tural Cəlilov və Ernani Pereyra meydançaya çıxıb. Yığmamız fevralın 7-də Çexiyanın “Slaviya” klubu, ayın 11-də isə Küveytlə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

affa.az
0