Futbolçunun zərbəsi 13 dəqiqəyə 4 dəfə dirəyə dəydi
02.02.2009 - 18:43
Futbolçunun zərbəsi 13 dəqiqəyə 4 dəfə dirəyə dəydi
Braziliyada San-Paulu ştatının futbol çempionatının növbəti turu çərçivəsində keçirilən “İtuano” - “Santos” görüşü qeyri-adi hadisə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, “Santos”un futbolçusu Kleber Pereyranın zərbələri 13 dəqiqə ərzində 4 dəfə qapı dirəyinə tuş gəlib.

O, 21, 22, 31 və 34-cü dəqiqələrdə bəxtsizlik yaşayıb. Bundan başqa, Kleberin daha iki komanda yoldaşının fərqlənməsinə də dirək mane olub. Nəticədə “vurmayana, vurarlar” prinsipi işə düşüb və “İtuano” 2:0 hesabı ilə qələbə qazanıb.

Bu, “Santos”un çempionatda ilk məğlubiyyəti olub. Dörd turdan sonra sözügedən komanda 4-cü pillədə qərarlaşıb. “İtuano” isə qələbə sayəsində xalını 4-ə çatdıraraq, 14-cü yerə yüksəlib.
0