“Kocaelispor”dan uzaqlaşdırılan futbolçu “Xəzər-Lənkəran”da!
02.02.2009 - 18:41
“Kocaelispor”dan uzaqlaşdırılan futbolçu “Xəzər-Lənkəran”da!
“Xəzər-Lənkəran” klubu tanınan türkiyəli hücumçu Əhməd Dursunu transfer edib. Apasport.az saytının məlumatına görə, “Beşiktaş” və Türkiyə yığmasında çıxışı ilə tanınan 31 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanıb. Az öncə İstanbulda “Xəzər-Lənkəran”ın nümayəndələri ilə görüşən Əhməd rəsmi anlaşmaya qol çəkib.

Dursunun son klubu Türkiyə Superliqasında çıxış edən “Kocaelispor” olub. Rəşad Sadıqov və Ramal Hüseynovla komanda yoldaşı olan Əhməd az öncə Kocaeli təmsilçisinin heyətindən kənarlaşdırılmışdı.
0