Ukrayna yığmasında azərbaycanlı futbolçu
02.02.2009 - 19:59
Ukrayna yığmasında azərbaycanlı futbolçu
Ukraynada çıxış edən soydaşımız Pavel Paşayev ilk dəfə milli komandaya çağırılıb. Apasport.az saytının məlumatına görə, Ukrayna yığmasının baş məşqçisi Aleksey Mixayliçenko bu ay Kiprdə keçiriləcək beynəlxalq turnirə çağırdığı heyətə Paşayevin də adını əlavə edib. “Dnepr” klubunda çıxış edən 20 yaşlı müdafiəçi bir sıra tanınan ukraynalı futbolçularla bir yerdə oynamaq imkanı qazanıb.

Qeyd edək ki, Pavel ötən ilin dekabrında avtomobil qəzası nəticəsində həlak olan Maksimin əkiz qardaşıdır. Ukraynanın gənclər yığmasının kapitanı olmuş mərhum futbolçu da “Dnepr”də çıxış edirdi.
0