Azərbaycan yığması Rusiya ilə oyuna Almaniyada hazırlaşacaq
02.02.2009 - 21:41
Azərbaycan yığması Rusiya ilə oyuna Almaniyada hazırlaşacaq
Azərbaycan yığması dünya çempionatının seçmə qrup mərhələsində Rusiya ilə Moskvada keçiriləcək oyuna Almaniyada hazırlaşacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, martın 28-də “Lujniki” stadionunda baş tutacaq görüşə hazırlıq məqsədilə milli komandamız martın əvvəlində Almaniyada 4 günlük təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi çərçivəsində komandamız yoldaşlıq oyunu keçirəcək.
0