Paytaxt stadionu bağlandı
03.02.2009 - 10:44
Paytaxt stadionu bağlandı
Paraqvayın paytaxtı Asunsonda faciə baş verib. Apasport.az saytının məlumatına görə, “Defensores del Çako” stadionunun tribunasının bir hissəsi aşıb. Hadisə nəticəsində iki polis dünyasını dəyişib. Tribunada baş verənlər daha yeddi nəfərin müxtəlif ağırlıqda xəsarət alıb. Məsələ ilə bağlı araşdırmalara başlanıb. İstintaqın sonunadək bağlanan stadionda keçirilməli olan görüşlər isə başqa arenalarda baş tutacaq.
0