Ektor Kuper “Qəbələ”nin qovduğu futbolçuya dəvət göndərdi
03.02.2009 - 10:47
Ektor Kuper “Qəbələ”nin qovduğu futbolçuya dəvət göndərdi
“Qəbələ” klubuna lazım olmayan qapıçı Gürcüstan yığmasına çağırılıb. Apasport.az saytının məlumatına görə, gürcülərin çalışdırıcısı Ektor Kuper ötən mövsüm qəbələlilərin əsas qapıçısı olan Zurab Mamaladzeyə dəvət göndərib. Cari seçmə mərhələdə fevralın 11-də Dublində “Krouk Park” stadionunda İrlandiyanın qonağı olacaq Gürcüstan yığmasının argentinalı baş məşqçisi heyətə sonradan daxil etdiyi futbolçular arasında Mamaladzeyə də yer verib.

Qeyd edək ki, “Qəbələ” adı oyun alqı-satqısında hallanan Mamaladzeni ötən mövsüm bitəndən sonra qovdu. Qapıçı və onun həmyerlisi olan müdafiəçi İrakli Vaşakidze “Turan”a səfərdə 2:4 hesabı ilə uduzduqları oyunda şübhəli səhvlərə yol vermişdi.
0