Azərbaycan çempionu Almaniya klubunda oynayacaq
03.02.2009 - 11:04
Azərbaycan çempionu Almaniya klubunda oynayacaq
Azərbaycan çempionu Andrius Gedqaudas karyerasını Almaniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, ötən il Bakının “İnter” klubu ilə Premyer Liqanın qızıl medalını qazanan 31 yaşlı yarımmüdafiəçi özünə yeni komanda tapıb. Litva yığmasının sabiq futbolçusu “TSV-1896 Reyn”ə keçib. Bu klub Almaniyanın səviyyəsinə görə beşinci olan Bavariya vilayətinin birinciliyində çıxış edir. Bayernliqada oynayacaq Gedqaudas il yarım oynadığı “İnter”i tərk etdiyi vaxtdan klubsuz qalmışdı.
Qeyd edək ki, “İnter” ölkəmizdə oynadığı vaxt Litva yığmasına çağırılan Andriusla ötən ilin yayında başa çatan müqaviləni uzatmaqdan imtina etmişdi.
0