Volkan Belçika gözəli ilə yaxalandı – FOTO
03.02.2009 - 11:44
Volkan Belçika gözəli ilə yaxalandı – FOTO
Türkiyə yığmasının və “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl sevgilisi ilə yaxalanıb. Apasport.az saytının məlumatına görə, paparatsilər 28 yaşlı futbolçunun Belçika gözəli Zeynəb Kübra Sevərlə şəklini avtomobildə çəkiblər.

Belçikada yaşayan Zeynəb növbəti dəfə İstanbula gəlib və cütlük “Fənərbaxça” – “Qaziantep” oyunundan sonra restoranlardan birinə gediblər. Onlar şam yeməyinin ardından restoranı tərk edərkən, papartsilərin qəfil “hücum”u ilə rastlaşıblar.

Məyusluğunu gizlətməyən Volkan hətta paparatsilərdən qaçmağa çalışıb. Lakin sonradan geri dönən futbolçu sevgilisi ilə birgə şəkillərini çəkən fotoqrafların şəxsiyyətini müəyyənləşdirmək istəyib.

Qeyd edək ki, Volkanla Zeynəb artıq 5 aydır eşq macərası yaşayırlar.
0