Georgi Demetradze: Azərbaycan futboluna yaxşı investisiyalar qoyulduğunu eşitmişdim
03.02.2009 - 13:20
Georgi Demetradze: Azərbaycan futboluna yaxşı investisiyalar qoyulduğunu eşitmişdim
“Azərbaycan futboluna yaxşı investisiyalar qoyulduğunu həmyerlilərimdən eşitmişdim . Menecerim mənə Azərbaycanda oynamağı təklif edəndə, bunu nəzərə alaraq razılaşdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun gürcüstanlı hücumçusu Georgi Demetradze deyib.

Klubunun rəsmi internet saytına müsahibə verən 33 yaşlı futbolçu bildirib ki, ölkəmizə gəldiyi üçün peşman deyil: “Çox maraqlı komandaya gəlmişəm. Çempionat prinsipial qarşılaşmaları ilə zəngindir. Heyətimizdəki yeni futbolçularla komandamız daha da güclənib. Premyer Liqada bunun bəhrəsini görəcəyik”.

Demetradze qarşılarına qoyulan çempionluq vəzifəsinin yerinə yetirilməsini real sayır: “Bakı” həm maddi, həm də futbolçu potensialına görə Azərbaycanın ən öndə gedən klublarından biridir. İkinci dövrənin ilk oyunları bizim üçün bir qədər çətin keçəcək. Lakin yeni futbolçularımızın komandaya tam uyğunlaşmasından sonra bizi saxlamaq çox çətin olacaq. Rəqiblərimiz də çox güclüdür”.

Qeyd edək ki, Demetradze karyerası ərzində Rusiya, Ukrayna və Gürcüstan çempionatlarının ən yaxşı bombardiri olub.
0