“Sibir”in baş məşqçisi: “İnter” qol vurmağı bacarmadı
03.02.2009 - 13:55
“Sibir”in baş məşqçisi: “İnter” qol vurmağı bacarmadı
“İnter”lə oyunumuzun ilk yarısı mübarizə şəraitində keçdi. Görüşdə daha çox fərdi mübarizə və toqquşmalar var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın birinci divizionunda çıxış edən “Sibir” klubunun baş məşqçisi İqor Kriuşenko deyib.

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində Bakının “İnter” klubu ilə yoxlama görüşündə qüvvəsini sınayan rusiyalıların çalışdırıcısı yetirmələrinin 2:0 hesablı qələbəsini ədalətli nəticə sayıb: “İkinci hissədə isə real qol imkanlarının sayı artdı. Belə ki, hər iki komandanın fərqlənmək şansları oldu. Lakin yalnız biz əlimizə düşən vəziyyətlərdən yararlandıq. “İnter“ isə bunu bacarmadı. Qollardan birini penaltidən vurmağımıza gəlincə, həmin epizodda Denis Laktionovu yerə sərmişdilər”.
0