Almaniya Futbol İttifaqının nümayəndəsi Bakıya gəlib
03.02.2009 - 15:30
Almaniya Futbol İttifaqının (AFİ) Beynəlxalq Əlaqələr və Məşqçilərin Təhsili Departamentinin rəisi Markus Veydner ölkəmizə gəlib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, almaniyalı futbol funksionerinin budəfəki səfərinin məqsədi AFFA ilə AFİ arasında mövcud olan əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi barədə danışıqların aparılmasıdır. AFİ-nin Beynəlxalq Əlaqələr və Məşqçilərin Təhsili Departamentinin rəisi Veydnarın ölkəmizə səfəri fevralın 6-da başa çatacaq.
Qeyd edək ki, 2008-ci il martın 19-da AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Veydner arasında görüş keçirilmişdi. Həmin görüş zamanı iki ölkənin futbol federasiyası arasında qarşılıqlı əməkdaşlığı özündə əks etdirən memorandum imzalanmışdı.

- Popoviç Türkiyəni hədələdi - “Zəif yerlərini tapmışam”
- Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq
- Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi
- Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən”
- “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro
0
0