“Xəzər-Lənkəran” daha bir futbolçuya qapını göstərdi
03.02.2009 - 16:02
“Xəzər-Lənkəran” daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi İqor Ponomaryov Füzuli Məmmədov və Alim Qurbanovun ardınca türkiyəli Muammer Ərdoğdunun da xidmətindən imtina edib.
İlk iki yerli futbolçu Ponomaryovun tələblərinə cavab vermədiyi üçün transferə çıxarılıbsa, legionerlə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Rasim Karanın “Qarabağ”dan “Xəzər-Lənkəran”ın sükanı arxasına keçən zamanı özü ilə birgə gətirdiyi Muammer nadir hallarda meydana çıxırdı. Kuboku da nəzərə alsaq, cəmi 4 görüşdə (150 dəqiqə) oynayan türkiyəli son vaxtlar zədədən əziyyət çəkirdi. “Xəzər-Lənkəran”ın Türkiyə toplanışında zədələndiyi futbolçulardan Rəşad Abdullayev hazırda Bakıda müalicə olunur, litvalı Andrius Veykutis tam gücü ilə məşq edə bilmir. Türkiyəli yarımmüdafiəçi Devran Ayhan isə zədəsini müayinədən keçirmək üçün sabah vətəninə yollanacaq.
Sabah Bakıya gələcək daha bir legioner – Oleq Kovalenko isə baxışa çağırılıb. 20 yaşlı ukraynalı yarımmüdafiəçi son mövsümü Estoniyanın “Varpus” klubunda keçirib.

- Popoviç Türkiyəni hədələdi - “Zəif yerlərini tapmışam”
- Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq
- Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi
- Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən”
- “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro
0
0