“Bakı” Mərakeş yığmasının hücumçusu ilə “1+1” şərti ilə müqavilə bağlayacaq
03.02.2009 - 18:02
“Bakı” klubu Mərakeş yığmasının hücumçusu Hasan Suari ilə müqavilə bağlayacaq. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. 24 yaşlı futbolçunun vətənindən qayıtmasının gözlədiklərini bildirən Məmmədovun sözlərinə görə, Hasan Bakıya gələndən sonra onunla münasibətlər rəsmiləşəcək: “Suari yır-yığış etmək üçün bir neçə günlük vətəninə gedib. Bizə hücumçu lazımdır və Hasan Antalyada komandamızda baxışda özünü yaxşı tərəfdən göstərdi. Baş məşqçimiz Qyoko Hacıyevski onu bəyənib. Hasanla müqavilə şərtlərini müzakirə etmişik və bu transfer bizim üçün münasibdir. Suarinin son klubu ilə müqaviləsi var və bu məsələni özü həll etməlidir. Bundan sonra onunla “1+1” şərti ilə müqavilə bağlayacağıq”.
- Popoviç Türkiyəni hədələdi - “Zəif yerlərini tapmışam”
- Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq
- Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi
- Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən”
- “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro
0
0