Batista Azərbaycanda oynayacaq, yoxsa oynamayacaq?
03.02.2009 - 18:20
“Ukraynanın “Xarkov” klubundan baxışa gələn Roşa Batistanın bugünkü yoxlama oyununda da sınanılması nəzərdə tutulub. Braziliyalı hücumçu ilk baxışdan pis təsir bağışlamır. Sadəcə, son vaxtlar oynamadığı hiss olunur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Hücumçu axtarışında olan paytaxt təmsilçisinin rəsmisi Batista haqda yaxın zamanda qərar çıxarılacağını bildirib: “Bildiyimə görə, onun çıxış etdiyi “Xarkov”la müqaviləsi var. Yəni Batistanı transfer etmək üçün klubuna da müəyyən məbləği ödəmək lazımdır. Vəziyyətə baxacağıq, braziliyalının transferini bizim üçün münasib olacağı halda reallaşdıracağıq”.
Bəzi oyunçuların icarəyə verilməsi məsələsinə də toxunan Məmmədov bu variantı mümkün sayır: “Qış fasiləsində etdiyimiz transferlərdən sonra futbolçuların sayı daha da artıb. Çoxlu oyunçunu ehtiyatda saxlamağın isə faydası yoxdur. Əksinə, onların oynaması üçün başqa klublara icarəyə vermək daha məqsədəuyğundur. Oyunlarda 18 nəfərlik iştirak ərizəsinə düşməyənləri turnir cədvəlində sonlarında yerləşən – “Bakılı”, “Muğan”, MOİK və “Turan”a icarəyə verəcəyik. Gedib, bu klublarda oyun praktikası qazansınlar. Konkret kimləri icarəyə verəcəyimiz baş məşqçimiz müəyyənləşdirəcək”.

- Popoviç Türkiyəni hədələdi - “Zəif yerlərini tapmışam”
- Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq
- Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi
- Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən”
- “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro
0
0