“Qalatasaray” kubokdan əlini üzdü
03.02.2009 - 19:03
İstanbulun “Qalatasaray” klubu Türkiyə kuboku uğrunda yarışda mübarizəni erkən dayandırıb. Apasport.az saytının məlumatına görə, Mixael Skibbenin yetirmələri 1/4 final mərhələsində “Sivasspor”la bacara bilməyiblər. Qalib oyunsonrası penaltilər seriyasında müəyyənləşib.
“Qalatasaray” və “Sivasspor” arasındakı hər iki qarşılaşma 1:1 hesabı ilə nəticələnib. Bu gün baş tutan cavab görüşündə “Cim Bom” futbolçuları qələbə qazanmaq üçün üstünlüyə yiyələnsələr də, heç-heçə ilə kifayətləniblər. “Sarı-qırmızılılar” 8-ci dəqiqədə Arda Turanın qolu sayəsində hesabı açıblar. Ancaq 30-cu dəqiqədə tarazlıq bərpa olunub. Əsas və əlavə vaxtda tablodakı rəqəmlər dəyişməz qalıb.
Nəticədə oyunsonrası penaltilər seriyası təyin edilib. “Qalatasaray”dan Arda Turan, Ümit Karan və Yaserin zərbələri dəqiq olmadığından, “Sivasspor” 4:2 (penaltilərlə - 3:1) hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.

- Popoviç Türkiyəni hədələdi - “Zəif yerlərini tapmışam”
- Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq
- Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi
- Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən”
- “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro
0
0