Şahin Diniyevin komandası növbəti qələbəsini qazandı
03.02.2009 - 23:10
Şahin Diniyevin komandası növbəti qələbəsini qazandı
Azərbaycanlı məşqçi Şahin Diniyevin başçılıq etdiyi “Terek” klubunun əvəzedicilərdən ibarət heyəti Krımda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Qroznı komandası Rusiyanın digər klubu “Kuban”ı məğlub edib.

Oyunda yeganə qolu İslam Tsuroyev vurub. Bu, Diniyevin komandasının iki gündə ardıcıl ikinci qələbəsi olub. “Terek” dünən də yoxlama matçında rəqibinə qalib gəlmişdi. Özü də “Tom”la görüşdə qroznılılara qələbəni Diniyevin oğlu Kərim qazandırmışdı.

Qeyd edək ki, Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev “Terek”i bu ilin yanvarından etibarən çalışdırır.
0