“Qarabağ” Türkiyədən məğlubiyyətlə dönür
03.02.2009 - 23:53
“Qarabağ” klubu Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışı yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, Ağdam komandası hazırlıq prosesi çərçivəsində son yoxlama matçında bu gün Rusiyanın Premyer Liqa təmsilçisi “Kuban”la qüvvəsini sınayıb.
Qurban Qurbanovun yetirmələri rusiyalılarla oyunda qapılarından iki cavabsız top buraxıblar. 17-ci dəqiqədə Zuaqi, 90-cı dəqiqədə isə Bayriyev penalti zərbəsindən fərqlənib.
“Qarabağ”ın rəsmi İnternet saytının yazdığına əsasən, komandanın məğlubiyyətinə heyətdəki ciddi itkilər səbəb olub. Belə ki, zədə və xəstəlik ucbatından ağdamlıların 10-a yaxın futbolçusu “Kuban”a qarşı mübarizə apara bilməyib.

- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0