Rusiya – Azərbaycan görüşü belçikalı hakimlərə tapşırıldı
04.02.2009 - 10:39
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığması ilə oyununu idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, martın 28-də Moskvada “Lujniki” stadionunda baş tutacaq görüşü Serj Qyumenninin başçılıq etdiyi belçikalı hakimlər idarə edəcək. Ona Valter Vromans, Mark Simons və Lyuk Vauters yardımçı olacaq.
27 yaşlı Qyumenni 2003-cü ildən FİFA hakimidir. 41 yaşlı Vromans 2005-ci, 43 yaşlı Simons 2002-ci, 40 yaşlı Vauters 2007-ci ildən beynəlxalq dərəcə daşıyır.
Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0