Rusiyalılar indidən Azərbaycan yığmasına hücum edirlər
04.02.2009 - 12:39
Rusiyalılar indidən Azərbaycan yığmasına hücum edirlər
Azərbaycan milli komandasında əcnəbi futbolçuların çıxış etməsi rusiyalıların da diqqətindən yayınmayıb. Apasport.az saytının məlumatına görə, martın 28-də yığmamızla qarşılaşacaq şimal qonşularımız komandamızda legionerlərin çoxluğuna istehza ilə yanaşıb. Belə ki, dünyanın müxtəlif ölkələrinin yığmalarında oynayan braziliyalılar haqda xüsusi yazıya zərurət görən rus həmkarlarımız millimizin və baş məşqçi Berti Foqtsun “bostanına daş atıb”.

“Azərbaycanda yığmasında artıq komandanın yarısı milliləşənlərdir: 4 braziliyalı, serblər. Düzdür, bunun faydası çox azdır. Berti Foqts gərək komandanın ikinci yarısını da dəyişsin. Bax onda, Braziliya millisinin 25-ci komandasına malik olarlar. Bəlkə bu halda, nəticə də qazandılar”.

Komandamızın braziliyalıları Leandro Qomeş, Andre Ladaqa, Ernani Pereyra, Fabio Luis Ramim və Markus Fereyranın adını çəkən rusların yığmamıza bu hücumu başa düşüləndir. Hər halda, rəqiblərimiz martın 28-də büdrəyə biləcəyindən qorxmasa da, Berti Foqtsun yetirmələrindən ehtiyatlanır. Ruslar futbolçularımızı vətənlərində çıxış etdikləri vaxt ciddi komandaların heyətin düşə bilmədikləri üçün Braziliyanın 25-ci yığmasına layiq sayırlar. Amma həmin braziliyalılar ölkələrinin 25-ci komandasının yarısının da Rusiyadan zəif olmadığını sübut etməlidir.
0