“Olimpik”in generalı söz verir, amma şübhələnir
04.02.2009 - 14:18
“Olimpik”in generalı söz verir, amma şübhələnir
“Bakının Şüvəlan qəsəbəsində tikilən stadionumuz və bazada işlər sürətlə gedir. Bu işləri ilin sonunadək yekunlaşdırmaq fikrindəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Olimpik” klubunun prezidenti Rəsul Rəsulov deyib.

İstefada olan general qarşılarına qoyduqları vəzifənin planlaşdırıldığı vaxtda gerçəkləşəcəyinə müəyyən şübhə ilə yanaşır: “Tikinti işində ləngimələr mümkündür. Məlum olduğu kimi, dünyada maliyyə böhranı hökm sürür. Bu da bir çox sahələrə öz mənfi təsirini göstərir. Bu problem bizim tikinti işləri ilə bağlı olan şirkətə də təsir edə bilər”.
0