Elmar Baxşıyev: Foqtsun səsləndirdiyi fikirlərlə razıyam
04.02.2009 - 15:48
“Berti Foqtsun futbolçuların fiziki durumunun iki ay bundan əvvəllə müqayisədə aşağı olması ilə səsləndirdiyi fikirlərlə razıyam. Fikrimcə, bu, oyunçuların daha çox istirahətdə olmasıyla bağlıdır”. Bunu apasport.az saytına açıqlamasında hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan yığmasının yarımmüdafiəçisi Elmar Baxşıyev deyib.
Cari mövsümdə “Neftçi” klubunda çıxış edən 29 yaşlı futbolçu fiziki hazırlıqlarının yaxşılığa doğru dəyişdiyini bildirib: “Həqiqətən də problem olsa da, təlim-məşq toplanışının ötən günləri ərzində fiziki durumumuz xeyli yaxşılaşıb. Burada məşqlərin müntəzəm olaraq gündə iki dəfə keçirilməsi artıq özünü göstərməkdədir. Əvvəlki günlərlə müqayisədə irəliləyişə nail olmuşuq”.
Milli komandamızın Özbəkistanla yoldaşlıq görüşündə (1:1) ən yaxşılardan olan Elmar öz oyunu ilə həm Berti Foqts, həm də onun həmkarı Mircəlal Qasımovun rəğbətini qazanıb: “Hər iki baş məşqçinin oyununu yüksək qiymətləndirməsi mənim üçün böyük məsuliyyətdir. Bu reytinqi qorumaq üçün gərək bundan sonra daha yaxşı oynayım”.

0
0