Milli komandanın baş inzibatçısı: Hər şey qaydasındadır
04.02.2009 - 16:01
Milli komandanın baş inzibatçısı: Hər şey qaydasındadır
Yanvarın 27-dən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olan Azərbaycan yığmasının təşkilati işləri tam qaydasındadır. Bu haqda AFFA-nın rəsmi saytına açıqlama verən milli komandanın baş inzibatçısı İslam Abbasov toplanışın normal şəraitdə keçməsi üçün nəzərdə tutulan bütün işlər görüldüyünü bildirib. Abbasov toplanışdan bir neçə gün əvvəl AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə ilə birlikdə Dubaya getdiklərini söyləyib: “Həmin səfər zamanı milli komandanın toplanışı üçün nəzərdə tutulan təşkilati işləri yerində həll etdik. Stadionlara yaxın əla şəraiti olan mehmanxana seçdik. Gündə iki dəfə məşqlərin və yoxlama oyunlarının keçirilməsi üçün stadionları müəyyənləşdirdik.”