Hans-Yurgen Gedenin “Neftçi” klubundan gedəcəyi tarix bilindi
04.02.2009 - 16:21
Hans-Yurgen Gedenin “Neftçi” klubundan gedəcəyi tarix bilindi
“Neftçi” klubunun rəhbərliyi baş məşqçi Hans-Yurgen Gede ilə yollarını ayırmayacaq. Bu haqda komandanın prezidenti Əkbər Hacıyev Peşəkar Futbol Liqasının saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, alman mütəxəssis 2010-cu ilə kimi klubda qalacaq: “Altı ay məşqçinin işinə qiymət vermək yetərli deyil. Düzdür, çempionatda çıxışımız uğursuz oldu. Amma irəlidə kubok yarışı var və iddiamızı sürdürürük. Digər tərəfdən növbəti mövsümün hazırlığını da indidən aparırıq”.

Qeyd edək ki, Gede ötən ilin sentyabrında istefaya göndərilən ukraynalı mütəxəssis Anatoli Demyanenkonun əvəzinə baş məşqçi postuna gətirilib. Bunadək 53 yaşlı mütəxəssis milli komandamızda həmyerlisi Berti Foqtsun köməkçisi olub.