“Bakı” futbolçusunu Superliqa klubuna 750 min dollara satmaq istəyir
04.02.2009 - 16:39
“Bakı” klubunun hücumçusu Bəxtiyar Soltanov karyerasını Türkiyədə davam etdirə bilər. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, 20 yaşlı futbolçu “Gənclərbirliyi” və “Kasımpaşa” klublarının maraq dairəsindədir. Afşar bildirib ki, bu komandaların nümayəndələri Sultanovun oyununu görmək üçün “Bakı”nın matçına gəliblər: “Bəxtiyar Avstriyanın “Kapfenberq” klubu ilə sınaq matçında yaxşı oyun nümayiş etdirdi. Həmin matçı izləyən menecerlər futbolçumuzu “Gənclərbirliyi” və “Kasımpaşa” klublarına tövsiyə edib. Türkiyəlilər Bəxtiyarın oyunu bəyənib və ikinci dövrədə onu diqqət mərkəzində saxlayacaqlar. Hücumçumuz karyerasını yayda Türkiyədə davam etdirə bilər”.
Vitse-prezident türk menecerlərlə Soltanovun transfer qiymətinin müzakirə edildiyini söyləyib: “Hələ 21 yaşı tamam olmayan Bəxtiyar “Bakı”nın yetirməsidir. Komandamızın onun yetişməsində zəhməti olub və beynəlxalq qaydalara görə, kompensasiya istəməyə hüququ çatır. Biz Soltanova görə 750 min dollar istədiyimizi türkiyəlilərə bildirmişik. Hesab edirəm ki, Bəxtiyar həmin məbləğə dəyir. O, gənc, perspektivli futbolçudur. Soltanovun ikinci dövrədə daha çox oynayacağına inanıram. Ötən ay Brüsseldə yerli “Anderlext” klubunun təlim-məşq toplanışında iştirak edən Bəxtiyar Belçika çempionatının əvəzedici komandalarının çempionatında meydana çıxıb. Belçikalılar da bu hücumçunun səviyyəsi ilə tanış olaraq, onu bəyəniblər”.
Qeyd edək ki, Bəxtiyar 19 yaşlılardan ibarət Azərbaycan yığmasında çıxışı ilə daha çox tanınıb. Hücumçu millinin heyətində Ermənistanı böyük hesabla məğlub etdiyimiz (3:0) rəsmi oyunda “dubl” edib.

0
0