Bekhem martın 9-da Amerikaya qayıtmalıdır
04.02.2009 - 17:54
Bekhem martın 9-da Amerikaya qayıtmalıdır
“Milan” rəsmiləri məşhur ingilis futbolçu Devid Bekhemlə müqaviləni uzatmaq məqsədilə onun transfer hüquqlarının məxsus olduğu ABŞ-ın “Los Anceles Qalaksi” klubu ilə danışıqlara başlayıblar. Apasport.az saytının məlumatına görə, italiyalılar icarə müddətinin bir qədər də artırılmasını istəyirlər.

Mövcud müqavilənin vaxtı martın 9-da başa çatacaq. Məhz həmin gün ABŞ çempionatı MLS-in növbəti mövsümü start götürəcək. Lakin Bekhemin A seriyasında uğurlu oyununu nəzərə alan “Milan” rəhbərliyi təcrübəli yarımmüdafiəçini belə tez əldən buraxmaq fikrində deyil. Hətta Devidin transfer hüququnun alınması üçün cəhdlər göstərildiyi də bildirilir.

Qeyd edək ki, vaxtilə “Mançester Yunayted” və “Real”ın şərəfini qorumuş Bekhem “Los Anceles Qalaksi” ilə 2007-ci ildə 5 illik müqavilə bağlayıb. “Milan” isə ötən ilin sonlarında onu bir neçə aylığa icarəyə götürüb.
0