“Simurq” Qoridə qələbə qazandı
04.02.2009 - 19:50
“Simurq” Qoridə qələbə qazandı
Gürcüstanda təlim-məşq toplanışı keçirən Zaqatalanın “Simurq” komandası növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, zaqatalalılar toplanış çərçivəsində 5-ci yoxlama matçında Qori şəhərinin "Dila" klubunu 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Təmsilçimizin qollarına 11-ci dəqiqədə Vladimir Mazyar, 37-ci dəqiqədə isə Elşən Məmmədov imza atıb. Gürcülər isə yeganə qolunu 53-cü dəqiqədə vurub.
"Sarı-qaralar" növbəti yoxlama oyununu fevralın 8-də keçirəcək. Rəqib "VİT-Corciya" olacaq.
0