“Neftçi” Belarus klubunu darmadağın etdi
04.02.2009 - 22:50
“Neftçi” Belarus klubunu darmadağın etdi
Bakının “Neftçi” klubu Türkiyədə keçirdiyi təlim-məşq toplnışı çərçivəsində növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, flaqman Belarus çempionatının bürünc mükafatçısı MTZ-RİPO-nu böyük hesabla üstələyib – 6:1.

Hans-Yurgen Gedenin yetirmələri birinci hissədə hesabı açıblar. Azərbaycanlı futbolçu Elmar Xeyirovun da şərəfini qoruduğu MTZ-RİPO fasilədən sonra əsl “bombardman”la üzləşib. “Neftçi” ikinci 45 dəqiqədə daha 5 qol vuraraq, rəqibi ağır məğlubiyyətə düçar edib.
0