Qyoko Hacıyevski heç nə başa düşmür
05.02.2009 - 10:01
Qyoko Hacıyevski heç nə başa düşmür
“Futbolçularımızın belə əlverişli imkanları necə sağa-sola xərclədiyini başa düşə bilmirəm. Yaranan imkanların 50 faizindən yararlana bilsəydik, böyük hesablı qələbə qazanardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib.

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında sonuncu yoxlama matçında qələbə qazanan və yetirmələrindən narazı qalan mütəxəssis klubun rəsmi internet saytına açıqlamasında oyunçularını məsuliyyətli olmağa cağırıb: “İlk yarıda 3-4 qol vura bilərdik. İkinci hissədə də iki 100%-li qol imkanını əldən verdik. Qalibiyyətdən razı qalsam da, belə israfçılığın yolverilməz olduğunu oyunçularımın diqqətinə çatdırdım”.

Qeyd edək ki, “Bakı” “Makedoniya Giorge Petrov” klubunu 1:0 hesabı ilə məğlub edib.
0