Nadir “Xəzər-Lənkəran”la müqavilə bağladı
05.02.2009 - 10:28
Nadir “Xəzər-Lənkəran”la müqavilə bağladı
“Xəzər-Lənkəran” daha bir legionerlə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi türkiyəlilər Əhməd Dursun və Fatih Sonkayadan sonra Nadir Bençena ilə də münasibətləri rəsmiləşdirib. Əhməd və Fatihlə hələ İstanbulda anlaşılıbsa, Nadir ölkəmizə gələrək, klubun Bakı ofisində müqaviləyə qol çəkib.

Əlcəzair əsilli İsveç vətəndaşı “Xəzər-Lənkəran”la cari mövsümün sonuna qədər anlaşma imzalayıb. 1,85 metr boya malik 25 yaşlı Bençena dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. Karyerasına Fransanın “Renn” klubunda başlayan İsveçin “Hammarbü”, “Erqrüte”, “Assiriska”, “Qründal”, Almaniyanın “Babelsberq” klublarında oynayıb. Son mövsümü Belçika çempionatının ikinci divizionunda “Namur”un heyətində keçirən futbolçunu “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov hələ İsveçdə olduğu vaxtdan yaxşı tanıyır. Onun fikrincə, Bençenanın karyerasının əvvəlki vaxtı parlaq olmasa da, “Xəzər-Lənkəran”ın heyətində parlaması üçün hər cür şərait var.
0