Tural Cəlilov: Milli komandada bacarığımız xeyli yaxşılaşıb
05.02.2009 - 10:31
Tural Cəlilov: Milli komandada bacarığımız xeyli yaxşılaşıb
“Millinin təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Təşkilati işlərdən tutmuş məşq prosesinə qədər bütün məsələlərin nümunəvi bir formada olması bir futbolçu kimi peşəkarlığımızın artırılmasına son dərəcə böyük təsirini göstərir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının yarımmüdafiəçisi Tural Cəlilov deyib.

AFFA-nın rəsmi saytına açıqlama verən Zaqatalanın “Simurq” klubunun gənc futbolçusu yığmada məşqlərin lazımı səviyyədə keçdiyini bildirib: “İlk günlərlə müqayisədə fiziki durumumuz və bacarığımız xeyli yaxşılaşıb. Millidə mehriban bir kollektiv formalaşıb. Buna görə də yüksək səviyyəli futbolçu olmaq üçün AFFA rəhbərliyinin yaratdığı bu şəraitdən və keçirilən məşqlərdən yararlanmağa çalışmalıyıq”.

Qeyd edək ki, Tural milli komandamızın baş məşqçisi Berti Foqtsun vaxtında millimizə cəlb edilib. Cəlilov yığmanın son oyunlarında – Albaniya və Özbəkistanla 1:1 hesabı ilə nəticələn yoldaşlıq görüşlərində meydana çıxıb.
0