Gəncə Futbol Federasiyasının sədrinin təqdimatı keçiriləcək
05.02.2009 - 10:50
Gəncə Futbol Federasiyasının sədrinin təqdimatı keçiriləcək
AFFA-nın baş katibi Elxan Məmmədov və Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov bu gün Gəncəyə işgüzar səfər edəcəklər. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, səfərin məqsədi yeni yaradılmış Gəncə Futbol Federasiyasının sədri Xanlar Fətiyevin təqdimat mərasiminin keçirilməsidir. Tədbirdə AFFA, Regional Futbol Federasiyaları və Gəncə Futbol Federasiyasının rəhbərliyi ilə yanaşı, şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak edəcək.

Tədbirdən sonra baş katib Elxan Məmmədov Gəncə şəhər stadionuna, eləcə də uşaq futbolunun inkişafı məqsədilə AFFA tərəfindən burada inşa olunmuş süni örtüklü meydançaya baxış keçirəcək.
0