“Turan” sabiq futbolçuları ilə güclənir
05.02.2009 - 11:22
“Turan” sabiq futbolçuları ilə güclənir
Azərbaycan yığmasının sabiq futbolçuları Nadir Nəbiyevlə Ruslan Abbasov uzun fasilədən sonra yenidən Tovuzun “Turan” klubunda çıxış edəcəklər. Apasport.az saytının məlumatına görə, hər iki futbolçu ilə müqavilə imzalanıb. Tovuz futbol məktəbinin yetirmələri olan Nadirlə Ruslan çətin günlərini yaşayan, turnir cədvəlində sonuncu yerdə qərarlaşan “Turan”ı Premyer Liqada saxlamaq üçün öz köməklərini göstərəcək. Hazırda Bakıda hazırlıq keçən Qərb təmsilçisi ikinci dövrənin startına qədər 12 belə təcrübəli futbolçu transfer etməyi planlaşdırıb.
0