“Qəbələ”nin yeni futbolçuları
05.02.2009 - 11:32
“Qəbələ”nin yeni futbolçuları
“Qəbələ” daha üç futbolçunun transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, əyalət komandasının bu dəfə müqavilə bağladıqları legionerlər – latviyalı Pavel Doroşev, türkmənistanlı Məkan Nəsirov və moldovalı Viktor Komlyonokdur. Baş məşqçi Ramiz Məmmədov Türkiyənin Antalya şəhərində baxışa gələn bu legionerləri saxlamağa qərara verib.

Məkan Yevlaxın “Karvan” klubunun heyətində 4 ilə yaxın ölkəmizdə çıxış edib. 2007-ci ildən Rusiyanın OİK (Rostov-na-Donu) klubunda çıxış edən Komlyonok ikinci liqanın iştirakçısı olub. Moldova milli komandasının üzvü olan 30 yaşlı yarımmüdafiəçi yığmamıza qarşı oynayıb. “Skonto”dan gələn qapıçı Doroşev də milli komandasında forma geyinib.

Qeyd edək ki, “Qəbələ” Türkiyəyə yollanana qədər Mikayıl Namazov, Azər Bağırov, Yaşar Abuzərov, moldovalı Anatoli Ostap və Tomaş Stolpa ilə müqavilə imzalayıb.
0